“Mançester Yunayted” daha bir futbolçu ilə müqaviləni uzatdı
26.02.2019 , 18:15

“Mançester Yunayted” Xuan Mata ilə müqavilə müddətini uzadıb.
Mövsüm sonu “qırmızı şeytanlarla” müqaviləsi başa çatacaq ispaniyalı yarımüdafiəçi komandadan ayrılmayacaq. Komandanın baş məşqçisi Ole Gunner Sulşer ilə görüşdükdən sonra müqavilənin uzadılmasına razılıq verən Mata ilə 1+1 illik razılıq əldə olunub.
Qeyd edək ki, Xuan Mata 2014-cü ildən “Mançester Yunayted” klubunun şərəfini qoruyur
