“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill maraqlı açıqlamalarla gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, sosial şəbəkədə azarkeşlərin suallarını cavablandıran eks müdafiəçi çempionluq haqqında fikirlərini bölüşüb.
“Əgər “Mançester Yunayted” çempion ola bilmirsə, heç olmasa, “Arsenal” olsun”. Ancaq mən inanıram ki, “qırmızı şeytanlar” bunu bacaracaqlar” – deyə o bildirib.
