“Mançester Yunayted” “Çelsi”ni kubokdan kənarlaşdırdı
19.02.2019 , 09:32

İngiltərə kubokunda 1/8 final mərhələsinin son oyunu keçirilib.
“Mançester Yunayted” səfərdə “Çelsi” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə Ole-Qunnar Sulşerin komandası növbəti mərhələyə yüksəlib.
“Çelsi”- “Mançester Yunayted”- 0:2
Qollar:Ander Herrera,31,Pol Poqba, 45
Bundan əvvəl “Uotford”, “Brayton”, “Milluoli”, “Mançester Siti”, “VulverHempton”, “Kristal Pelas” və “Suonsi” 1/4 finala vəsiqə qazanıb
