“Mançester Yunayted” “Çelsi”dən futbolçu gətirir
01.06.2023 , 17:58

İngiltərə Premyer Liqasını 3-cü pillədə başa vuran “Mançester Yunayted” növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb.
Korner.az xəbər verir ki, klub son vaxtlar “Çelsi”də formasını itirən Meyson Mauntu heyətinə cəlb etmək istəyir.
İngiltərə mətbuatının yazdığına görə, “Çelsi”dən ayrılmaqda qərarlı olan 24 yaşlı futbolçunun “Mançester Yunayted”in təklifinə müsbət cavab verdiyi, tərəflərin razılaşdığı və İngiltərə kubokunun finalından sonra ilkin müqavilənin imzalanacağı bildirilib.
Mina Musayeva
