“Mançester Yunayted” “Atletik”ə qarşı, “Tottenhem” Norveç səfərində
08.05.2025 , 10:30

Bu gecə UEFA Avropa Liqasında finalçılar məlum olacaq.
Korner.az xəbər verir ki, yarımfinal görüşündə “Mançester Yunayted” “Atletik”i qəbul edəcək.
Mərhələnin digər oyununda “Tottenhem” “Budo-Qlimt”in qonağı olacaq.
Hər iki matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
8 may
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya)
İlk oyun – 3:0
23:00. “Budo-Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə)
İlk oyun – 1:3
