“Mançester Yunayted” “Arsenal”ı evdə məğlub etdi
26.01.2026 , 09:00
İngiltərə Premyer Liqasının XXIII turunda maraqlı qarşılaşma baş tutub.
Korner.az xəbər verir ki, ev sahibi “Arsenal” “Mançester Yunayted”i qəbul edib və 2:3 hesabı ilə uduzub.
Qonaqların qollarını B. Mbeumo (37), P. Dorgu (50) və M. Kunha (87) vurub. “Arsenal” isə L. Martinez (29) və M. Merino (84) ilə fərqlənib.
Məğlubiyyətə baxmayaraq, “Arsenal” 50 xalla turnir cədvəlində liderliyini qoruyub. “Mançester Yunayted” isə 38 xalla 4-cü pilləyə qalxıb.