Uruqvayda maraqlı hadisə yaşanıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Arsenal” azarkeşi Henri Dabasani və “Mançester Ynayted” azarkeşi Yiqa inanılmaz mərcə giriblər.
Belə ki, Dabasani mərcə evini, Yiqa isə maşınını və həyat yoldaşını qoyub. Hətta tərəflər notariusda sənəd də imzalayıblar.
Nəticədə, Robin van Persinin vurduğu qolla qalib gələn “Mançester Yunayted” və azarkeşləri sevinsə də, Henri Dabasanı həyat yoldaşı və 3 uşağı ilə evindən bayıra atılıb.
