“Mançester Yunayted”in yarımmüdafiəçisi Ander Errera aprel ayında komandanın ən yaxşı futbolçusu seçilib.
Korner.az-ın məlumatına görə, ispan apreldə 4 oyunda meydana çıxıb və 2 qol vurub.
Qeyd edək ki, Errera klubun rəsmi saytında keçirilən sorğuda səslərin 63%-ini qazana bilib. Bu artıq onun 2-ci belə mükafatıdır. 25 yaşlı futbolçu fevral ayında da ən yaxşı olmuşdu.
