Çempionlar Liqasının qupr mərhələsi çərçivəsində dünən "Braqa" ilə qarşılaşan "Mançester Yunayted" qalib gəldiyi oyunda (3:2) aparıcı futbolçularından birini itirib.
Korner.az-ın məlumatına görə, söhbət "qırmızı şeytanlar"ın yaponiyalı futbolçusu Sindzi Kaqavadan gedir. Futbolçunun zədələnməsi ilə bağlı xəbəri komandanın baş məşqçisi Aleks Ferqyuson deyib.
Həkim müayinəsindən sonra zədənin ciddi olub-olmaması ilə bağlı məlumat veriləcək.
