“Mançester Yunayted” Aleksis Sançezi göndərir
03.05.2019 , 16:35

İngiltərənin “Mançester Yunayted” klubu Aleksis Sançez ilə yolları ayırmaq qərarına gəlib.
RəhbərliK yayda Aleksis Sançezi göndərmək də qərarlıdır. Onlar hətta bunun üçün çilili oyunçunun 26 milyon funt sterlinq dəyərində maaşının yarısını belə ödəməyə razıdır.
Qeyd edək ki, Aleksis Sançez 2018-ci ilin yanvar ayında “Arsenal” klubundan “Mançester Yunayted” klubuna keçib.
