“Mançester Yunayted” Aleksis Sançes ilə yolları ayırır?
12.03.2019 , 13:39

İngiltərənin “Mançester Yunayted” klubu Aleksis Sançeslə bağlı yekun qərarını verib.
İngiltərə mətbuatının məlumatına görə, “manikunyanlar”ın baş məşqçisi Ole Qunner Sulşerin çilili futbolçunun xidmətində maraqlı deyil. Onun satılması və ya icarəyə verilməsi mümkün variantlar arasındadır.
Qeyd edək ki, Aleksis Sançes 2018-ci ildə “Arsenal”dan “Mançester Yunayted” klubuna trasnfer olunub.
