“Mançester Yunayted” 7 futbolçusu ilə yolları ayırmağa hazırlaşır.
Korner.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Joze Mourinyo Bastian Şvaynştayger, Adnan Yanuzay, Uille Kine, Tayler Blekkette, Peddi Makneyre, Ceyms Uilson, Andreas Pereyra, Timati Fosu-Mensa, Kemeron Bortuik-Ceksonu yeni mövsüm üçün əsas heyətə daxil etməyi düşünmür.
Bu səbəbdən sözügedən oyunçular klubun U-21 komandası ilə məşqlərdə iştirak edib.
