“Mançester Yunayted” Rayan Giqqzlə müqavilənin müddətini uzadıb.
Korner.az-ın məlumatına görə, Giqqz daha bir il “Mançester Yunayted"də çıxış edəcək.
"Qırmızı şeytanlar"in baş məşqçisi Aleks Fergüsson bu barədə açıqlama verib:
“40 yaşı olmasına baxmayaraq, o, hələ də matçla böyük enerji ilə çıxır, sanki hər oyuna rekordları qırmaq üçün çıxır. Onun klubda qalmasına çox sevinirəm”.
Rayan Giqqz də yeni müqaviləsi ilə bağlı fikirlərini bölüşüb: “MY”də olmaqdan qürür duyuram. Müqaviləmi yenilədiyim üçün çox xoşbəxtəm. Fergüssona və məşqçilər heyətinə təşəkkür edirəm”deyə o,qeyd edib.