“Mançester Yunayted” 2 futbolçunu göndərir
06.02.2025 , 12:30

“Mançester Yunayted” cari mövsümün sonunda iki oyunçunu komandada saxlamaq istemir.
Korner.az xəbər verir ki, söhbət hücumçu Alexandro Qarnaço və yarımmüdafiəçi Kobbi Mainudan gedir.
“Qırmızı şeytanlar” hər iki futbolçunu yayda satmağı düşünür.
“Mançester Yunayted” hazırda turnir cədvəlində 29 xalla 13-cü pillədədir.
