“Mançester Yunayted” son 16 matçda qol vurmayan futbolçunu göndərir
24.02.2025 , 23:11

“Mançester Yunayted” Rasmus Hojlundla yollarını ayıra bilər.
Korner.az xəbər verir ki, bu mövsüm futbolçunun çıxışı klub rəhbərliyini qane etmir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə, Premyer Liqa təmsilçisinin oyunçunun son matçlardakı perfpormansından narazı olduğu qeyd olunub.
Son 16 qarşılaşmada qol vura bilməyən Hojlundun komandadan ayrılması gözlənilir.
Cari mövsümdə “Mançester Yunayted”in heyətində 33 matçda meydana çıxan 22 yaşlı futbolçu 7 qol vurub, 1 məhsuldar ötürmə edib.
Mina Musayeva
