“Mançester Yunayted” 12 futbolçunu göndərir
02.06.2023 , 11:56

“Mançester Yunayted” 12 futbolçusu ilə yollarını ayıracaq.
Korner.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Klubun yeni transferlər edəcəyi gözlənilərkən, heyətdən ayrılacaq adlar da dəqiqləşməyə başlayıb.
Futbolçular – Fred, Aleks Telles, Van-Bissaka, McTominay, Anderson, Fil Cons, Bailly, Tuenzebe, Brandon Villiams və Ethan Galbraith və Maguirenin komandadan ayrılacağı gözlənilir.
