"Milan"ın futbolçusu Naygel De Yonq karyerasını "Dumanlı Albion"da davam etdirəcək.
Korner.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, niderlandlı futbolçu "Mançester Yunayted"ə transfer olunacaq. Bir neçə gün öncə Fernando Torresi heyətinə qatan "rossonerlər" De Yonqla yollarını ayıracaq.
Qeyd edək ki, van Qal təcrübəli futbolçuya görə "Milan"a 10 milyon avro ödəyəcək
