İngiltərənin “Mançester Siti” klubu Serxio Aqueronun ardından daha bir futbolçusunu zədə səbəbindən itirib.
Korner.az-ın məlumatına görə, həftəsonu “Nyukasl”a qalib gələn Mançester təmsilçisi oyun zamanı zədələnən fransalı futbolçusu Samir Nasrinin xidmətindən 8 həftə yararlanamayacaq.
Qeyd edək ki, zədəsinin müddətini “Twitter” hesabından paylaşan Nasri güclü dəstək verdikləri üçün azarkeşlərə təşəkkür etməyi də unutmayıb.
