İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti”nin zədəli futbolçusu Qabriel Xesusun son durumu bəlli olub.
Korner.az-ın məlumatına görə, futbolçu 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, braziliyalı futbolçu “Bornmut”a qarşı oyunda zədələnmişdi.
Xatırladaq ki, Qabriel Xesus bu mövsüm Premyer Liqada 4 oyuna 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
