“Mançester Siti”nin yeni transfer planı
01.12.2025 , 13:45
“Mançester Siti” qış transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.
Korner.az xəbər verir ki, klub “Bornmut”un 25 yaşlı hücumçusu Antuan Semenyonu heyətinə qatmaq istəyir.
İngiltərə təmsilçisi Semenyonun müqaviləsindəki çıxış maddəsini işə sala bilər ki, bu da onun keçidi üçün təxminən 74 milyon avro xərclənməsi deməkdir.
Semenyo 2023-cü ilin yanvarından “Bornmut”da oynayır. Bu mövsümdə Premyer Liqada 12 matçda meydana çıxan hücumçu 6 qol vurub və 3 məhsuldar ötürmə edib.