“Mançester Siti”nin yeni transfer hədəfi
14.05.2025 , 10:30

“Mançester Siti”nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, “şəhərlilər” “Barselona”nın futbolçusu Dani Olmo ilə yaxından maraqlanır.
Premyer Liqa klubu ispaniyalı yarımmüdafiəçini yayda heyətinə cəlb etmək üçün qarşı tərəfə təklif göndərəcək.
27 yaşlı oyunçu isə Kataloniya nəhəngindən ayrılmaq istəmir.
