“Mançester Siti”nin yeni transfer hədəfi
03.01.2025 , 18:44
“Lans”ın müdafiəçisi Abdukodir Xusanov karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Korner.az xəbər verir ki, “Mançester Siti” özbək futbolçunu transfer etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu Xusanovu yanvar ayında heyətinə qatmağı planlaşdırır.
“Mançester Siti”dən başqa Avropada bir neçə klub da 20 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.