“Mançester Siti”nin sabiq futbolçusuna ağır cəza
18.04.2020 , 16:53

“Mançester Siti”nin sabiq futbolçusu Dikson Etuhu cəzalandırılıb.
Korner.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi oyun alqı-satqısında iştirak etməkdə ittiham olunur.
Etuhunun AİK-də çıxış edərkən “Göteborq”la matçdan əvvəl rəqib komandanın qapıçısına oyunu satması üçün 160 min funt təklif etdiyi iddia olunurdu. Qolkiperin bununla bağlı dərhal polisə məlumat verdiyi və məhz bu səbəbdən oyunun baş tutmadığı bildirilmişdi.
Aşdırmalar nəticəsində onun danışılmış oyunlarda iştirak etdiyi təsdiqlənib. Futbolçunu 5 illik futbol yarışlarından diskvalifikasiya olunub.
