“Kristal Pelas”la oyunda zədələnən “Mançester Siti”nin müdafiəçisi Benjamen Mendinin vəziyyətinə aydınlıq gəlib. Bu haqda “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola məlumat verib.
İspan mütəxəssis qeyd edib ki, futbolçunun durumu ciddir və o, yalnız gələn ilin aprelində yaşıl meydanlara qayıda bilər.
Mendinin sağ dizinin xaçvari bağları qırılıb. Bu səbəbdən də o, tezliklə əməliyyat olunacaq.
