Tevesin avtomobilini evakuator apardı
İngiltərənin "Mançester Siti" klubunun argentinalı forvardı Karlkos Tevezin maşını əlindən alınıb.
Korner.az-ın məlumatına görə, Tevesin avtomobilini evakuator aparıb. Futbolçu İngiltərədə olduğu 5 il ərzində sürücülük sənədlərini qaydasına sala bilməyib.
Tevezin lazımı lisenziyanı ala bilməməsi sonda maşınının əlindən alınmasına gətirib çıxarıb. Bundan əlavə, Britaniya polisi məşhur futbolçuya cərimə kəsib.
