“Qalatasaray” “Mançester Siti”nin futbolçusu Fernandonu transfer edib.
Braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün İstanbul klubu “şəhərlilər”ə 5 milyon 250 min avro təzminat ödəyib.
30 yaşlı futbolçu 2014-cü ildə “Portu”dan “Mançester Siti”yə transfer edilmişdi.