“Mançester Siti”nin futbolçusu Premyer Liqada ayın oyunçusu seçildi
12.12.2018 , 19:03

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu məlum olub.
“Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinq ən yaxşı adına layiq görülüb.
24 yaşlı futbolçu ötən ay Premyer Liqada 3 oyuna 3 qol vurub, 3 assist edib.
