“Mançester Siti”nin futbolçusu karantin qaydalarını pozdu
24.03.2020 , 19:37

Müqavilə ilə “Mançester Siti”yə məxsus olan, icarə əsasında İspaniyanın “Valyadolid” klubunda çıxış edən Pedro Porro karantin qaydalarını pozub.
Korner.az xəbər verir ki, bu barədə 20 yaşlı cinah müdafiəçisi özü açıqlama verib.
Porro, karantin qaydalarını pozaraq səhv etdiyini bildirib. İspan futbolçu etdiyi hərəkət üçün Valyadolid polisindən üzr istəyib.
