İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Maykon yeni mövsümdən etibarən “Roma”nın şərəfini qoruyacaq.
Korner.az-ın məlumatına görə, “şəhərlilər”in 33 yaşlı müdafiəçisi Mançester klubunun Cənubi Afrika təlim-məşq toplantısına aparılan futbolçuların sırasına daxil edilməyib.
“La Gazzetta”niı xəbərinə görə, braziliyalı futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək və daha sonra “Roma” ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Maykon 2012-ci ildə “Mançester Siti”yə “İnter”dən 3 milyon avro qarşılığında transfer olunmuşdu. O, Premyer Liqada cəımi 13 matça çıxıb.
