“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi “İnter”in maraq dairəsindədi.
“Neradzurra”nın baş məşqçisi Roberto Mançini Fil Dişi Sahili yığmasının üzvünün bu keçidə razı ola biləcəyini deyib: “Bu məsələ hələ qeyri-müəyyəndi. Hər şey maliyyə “feyr-pley”indən asılıdı. Biz yay transferlərinə ciddi məbləğ ayırmaq fikrindəyik. Yaya Ture özü də gücünü A seriyasında sınamaq istəyir. Amma bilirik ki, bu transfer asan başa gəlməyəcək”.
Qeyd edək ki, Yaya Ture “Mançester Siti”yə 2010-cu ildə “Barselona”dan keçib.
