“Mançester Siti”nin futbolçusu əməliyyat olundu
02.06.2025 , 16:00

“Mançester Siti”nin futbolçusu Mateo Kovaçiç əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Daban vətərindən əməliyyat olunan oyunçunun üç ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
31 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində bütün turnirlərdə 42 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
