Rusiya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Korner.az-ın məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması italiyalı mütəxəssis Roberto Mançiniyə tapşırılıb.
2009-cu ildən İngiltərənin “Mançester Siti” klubuna rəhbərlik edən və bu komandanın 44 ildən sonra ölkə çempionluğunu qazanmasında pay sahibi Mançini ilə 2+2 il müddətinə müqavilə imzalandığı iddia olunur.
Qeyd edək ki, Rusiya və Azərbaycan yığmaları bu il Moskvada, gələn il Bakıda qarşılaşacaq.
