“Mançester Siti”nin 30 milyonluq tələbi
25.12.2023 , 10:27
İcarə əsasında “Barselona”da çıxış edən “Mançester Siti”nin futbolçusu Joa Kanselo yenidən İngiltərəyə qayıda bilər.
Korner.az-ın məlumatına görə, ingilislər Kataloniya klubu ilə bazarlıq etmək istəmir. “Mançester Siti”, portuqaliyalı futbolçuya qarşılıq “Barselona”dan 30 milyon avro tələb edir.
“Barsa” tərəfi Kanselonu birdəfəlik transfer etmək istəyirsə, o zaman bu məbləği qarşı tərəfə verməlidi.