“Mançester Siti”nin əsas heyət üzvləri zədələndi
25.02.2019 , 18:19

“Mançester Siti” klubunun iki aparıcı üzvü “Çelsi” ilə görüşdə zədələnib.
Zədəli futbolçular ilə bağlı danışan komandanın baş məşqçisi Pep Qvardiola onların bir neçə həftə çıxış edə bilməyəcəyini vurğulayıb.
“4 turnirin hər birində iştirak edirik. Buna görə də zədə və yorğunluq qaçılmazdır. Emerik Laport və Fernandinio bir neçə həftə oynaya bilməyəcklər.”
Qeyd edək ki, Emerik Laport ilk hissədən, Fernandinio isə əlavə vaxtda zədələnərək meydanı tərk ediblər.
