“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, komanda “Palmeyras”ın 19 yaşlı hücumusu Qabriel Jezuşla müqavilə imzalayıb. Miqavilənin detalları isə hələ ki açıqlanmır.
Futbolçunun “şəhərlilər”in heyətində yanvarın 21-də debüt edəcəyi gözlənilir. Həmin gün “Mançester Siti” “Tottenhem”lə qarşılaşacaq.