“Atletik” komandasının müdafiəçisi Emerik Laport növbəti mövsümdən “Mançester Siti”də oynayacaq.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Marca” qəzeti verib.
Bu yaxınlarda İngiltərə klubunun içraçı direktoru Ferran Soriano və idman direktoru Çiki Begiristayn Bilbaoya gələrək transferi razılaşdırıblar.
İngiltərə təmsilçisi həm komanda ilə razılıq əldə edib , həm də futbolçunun 5 illik müqaviləsini razılaşdırıb. Transferin dəyəri 50 milyon avro təşkil edəcək.
