“Mançester Siti” baş məşqçisi Pep Qvardiolaya yeni müqavilə təklif edib
Mançester klubunun rəhbərliyi mütəxəssislə uzunmüddətli müqavilə imzalamağı planlaşdırır. P.Qvardiolanın bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 20 milyon funt sterlinq qazanacağı bildirilib.
Qeyd edək ki, P.Qvardiola ötən ildən “Mançester Siti”nin çalışdırır. Onun komandası hazırda ölkə çempionatında ilk pillədə qərarlaşıb
