“Mançester Siti”dən növbəti transfer
06.08.2020 , 18:26

“Mançester Siti” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, “şəhərlilər” “Bornmut”un müdafiəçisi Natan Akeni transfer edib.
Niderlandlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Mançester təmsilçisi 25 yaşlı oyunçunun keçidi üçün 45 milyon avro təzminat ödəyib.
