“Mançester Siti”dən “Milan”a
13.01.2025 , 16:01

“Mançester Siti”nin futbolçusu Kayl Uolker karyerasını İtaliyada davam etdirəcək.
Korner.az xəbər verir ki, “Milan” 34 yaşlı oyunçunu heyətinə cəlb etməyə hazırlaşır.
A seriya təmsilçisi təcrübəli müdafiəçi ilə 2,5 illik müqavilə imzalayacaq.
Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
