“Mançester Siti”dən Livramento üçün rekord təklif
02.03.2026 , 23:00
“Mançester Siti” müdafiəsini gücləndirmək üçün “Nyukasl”ın gənc cinah müdafiəçisi Tino Livramento ilə maraqlanır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 23 yaşlı oyunçu üçün 70 milyon funt-sterlinq ödəməyə hazırdır.
Bu müdafiəçi üçün rekord transfer sayıla bilər.
“Nyukasl” Livramento ilə 2028-ci ilə qədər yeni müqavilə bağlamağa çalışsa da, hazırda razılıq əldə olunmayıb.