“Mançester Siti”dən ayrılır?
12.02.2026 , 22:00
“Mançester Siti”nin təcrübəli müdafiəçisi Con Stounz yayda klubdan ayrılmaq fikrindədir.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun müqaviləsi başa çatır və onun xidmətləri Almaniyanın “Bavariya” klubunun transfer siyahısına daxil edilib. Münhen təmsilçisinin baş məşqçisi Vinsent Kompani, sabiq komanda yoldaşını heyətində görməkdə qərarlıdır.
Bundan əlavə, İngiltərə millisində Harri Keyin ilə bir yerdə oynamaq arzusu, Stounzun keçidini sürətləndirən əsas səbəblərdən sayılır. Azad agent statusuna malik olan müdafiəçi ilə həmçinin “Milan” və “Atletiko” da yaxından maraqlanır.
Hazırda tərəflər arasında danışıqlar davam edir.