“Mançester Siti” “Liverpul”dan Rahim Sterlinqi heyətinə qatıb.
Korner.az-ın məlumatına görə, “şəhərlilər” bu transfer üçün qarşı tərəfə 61 milyon avro ödəyəcək. Bundan əlavə, əgər “Mançester Siti” Çempionlar Liqasının qalibi olarsa o zaman daha 7 milyon avro “Liverpul”a verməli olacaq.
Qeyd edək ki, Sterlinq “Liverpul” forması ilə meydana çıxdığı 92 matçda 18 dəfə rəqib qapılarına yol tapa bilib.
