İngiıtərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Mançester Siti” “Suonsi”ni qəbul edib.
Korner.az-ın məlumatına görə, meydan sahibləri 2-1 hesabı ilə qalib gəlib.
Matçın 11-ci dəqiqəsində Qabriel Xesusun qolu ilə meydan sahibləri hesabda önə keçib. 81-ci dəqiqədə Siqurdsonun qolu ilə qonaqlar hesabı bərabərləşdirib. Oyunun artırma dəqiqələrində Qabriel Xesus özünün və komandasının 2-ci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib: “Mançester Siti” 2-1 “Suonsi”
Bu nəticədən sonra “Mançester Siti” 49 xalla 3-cü sırada qərarlaşıb. “Suonsi” isə 21 xalla 17-ci sıradadır.
