“Mançester Siti”də yeni transfer
04.03.2020 , 21:36

“Mançester Siti” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Korner.az xəbər verir ki, “şəhərlilər” “Koritiba”dan Braziliyanın gənclər millisinin üzvü olan Yan Koutonu transfer edib.
17 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Kouto “Mançester Siti”yə yayda qoşulacaq.
