“Mançester Siti”də yeni müqavilə
03.09.2021 , 16:45

“Mançester Siti” qapıçısı Edersonla müqavilənin müddətini artırıb.
Korner.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Braziliyalı qolkiperlə müddəti 2026-cı ilin yayına qədər olan yeni müqavilə imzalanıb.
Ederson 2017-ci ildən “Mançester Siti”də oynayır.
