“Mançester Siti”də yeni müqavilə qeydə alınıb.
“şəhərlilər” ispaniyalı yarımmüdafiəçisi David Silva ilə müqaviləni uzadıb. 31 yaşlı futbolçunun müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Silva 2010-cu ildən “Mançester Siti”də çıxış edir.
