“Mançester Siti”də yeni müqavilə
24.08.2023 , 11:55

“Mançester Siti” yarımmüdafiəçisi Bernardo Silva ilə müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Silvanın yeni müqaviləsi 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.
Portuqaliyalı futbolçu 2017-ci ildən “Siti”də oynayır.
