“Mançester Siti”də yeni müdafiəçi
28.09.2020 , 17:25

“Mançester Siti” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Korner.az xəbər verir ki, “şəhərlilər” “Benfika”dan Ruben Diaşı heyətinə qatıb.
“Mançester Siti” 23 yaşlı müdafiəçi üçün 68 milyon avro ödəyəcək.
