“Mançester Siti”də Sterlinq şoku
04.02.2020 , 20:19

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq sıradan çıxıb.
Korner.az xəbər verir ki, hücumçu üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
O, zədə səbəbindən “Mançester Siti”nin Çempionlar Liqasında “Real”la qarşılaşacağı 1/8 final mərhələsinin matçında iştirak etməyə bilər.
Qeyd edək ki, “Mançester Siti” – “Real” matçı fevralın 27-də keçiriləcək.
