“Mançester Siti”də itki
05.03.2020 , 19:28

İngiltərənin “Mançester Siti” klubu ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Kevin de Breyne çiynindən zədələnib.
Komandanın baş məşqçisi Pep Qvardiola İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Şeffild Uensdey”lə oyundan (1:0) sonra klubun mətbuat xidmətinə açıqlamasında belçikalı futbolçunun vəziyyəti ilə bağlı danışıb:
“Kevinin çiynində problem var, “Aston Villa” ilə oyunun (2:1) sonunda zədələndi. O, bu oyuna hazır deyildi. Komandaya nə vaxt qayıdacağını bilmirik, ümid edirik ki, bu, uzun çəkməz. Onun “Mançester Yunayted”lə oyuna qədər hazır olub-olmayacağını bilmirəm”.
